Bir gündə 3 nəfəri `tok` vurub öldürdü


16:31     23 Sentyabr 2016 1427815325_tok5.jpg

Azərbaycanda 3 nəfəri elektrik cərəyanı vuraraq öldürüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, sentyabrın 22-də Bərdə rayonunun Əliyanlı kənd sakini Ceyhun Məmmədov, Tovuz rayonunun Köhnə Qala kənd sakini Rasim Məsimov, Ağsu rayonunun Hinqar kənd sakini Sevda Cəlilova elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1005